“Qarabağ” qışda 3 ulduzu ilə yollarını ayıracaq
Offsideplus.az-a daxil olan məlumata görə Marko Yankoviç, Kadi Borges və Joni Montiel qış transfer pəncərəsində "Qarabağ"dan ayrılacaq.
Futbolçularla ayrılığın şərtləri və yeni komandaları barədə hələlik rəsmi açıqlama yoxdur.
Marko Yankoviç 2022-ci ilin iyulunda İsrailin "Hapoel Tel-Əviv" klubundan gəlib. Kadi Borges 2021-ci il iyunun 11-də Portuqaliyanın "Vilafranкense" klubundan transfer olunub. Sonra Rusiyanın "Krasnodar"ına, ardınca Macarıstanın "Ferensvaroş"una keçib. 2025-ci il fevralın 4-də dörd illik müqavilə ilə "Qarabağ"a qayıdıb.
Joni Montiel isə 2025-ci il avqustun 3-də "Rayo Vallekano"dan ayrılaraq azad agent kimi komandaya qoşulub.


