"Barselona" "Atletiko"nun hücumçusu Xulian Alvaresi heyətinə qatmaq üçün danışıqları intensivləşdirib.
Offsideplus.az xəbər verir ki, bu barədə İspaniyanın Sport.es" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "blauqrana" hazırda davam edən dünya çempionatı başa çatdıqdan dərhal sonra Madrid klubunun qapısını rəsmi təkliflə döyəcək. "Barselona"nın argentinalı forvard üçün qarşı tərəfə 130 milyon avro ödəməyə hazır olduğu qeyd edilir. Bu rəqəm Kataloniya nəhənginin transfer üçün ayıracağı maksimum büdcə hesab olunur.
Qeyd edək ki, Xulian Alvares ötən mövsüm "Atletiko" forması ilə çıxış etdiyi 49 rəsmi matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. İyulun 19-da yekun vurulacaq DÇ-2026-dan sonra bu transferin taleyinə tam aydınlıq gələcəyi gözlənilir.


