Dünya çempionatı-2026-nın seçmə mərhələsinin Avropa zonasında bu gün daha 6 keçirilib.
Offsideplus.az xəbər verir ki, yarışın ikinci günündə əsasən "cırtdan ölkə" nümayəndələri mübarizə aparıblar. Günün ən maraqlı qarşılaşmaları Moldova və Uelsdə keçirilib.
Azərbaycan milli komandası seçmə mərhələyə bu ilin sentyabrında qatılacaq.
Xatırladaq ki, Avropada təsnifat mərhələsinə dünən start verilib.
Onu da əlavə edək ki, dünya çempionatı gələn ilin yayında ABŞ, Meksika və Kanadada baş tutacaq.
DÇ-2026 təsnifat mərhələsi, Avropa zonası
18:00 Lixtenşteyn - Şimali Makedoniya 0:3
21:00 Moldova - Norveç 0:5
21:00 Monteneqro - Cəbəllütariq 3:1
23:45 Çexiya - Farer adaları 2:1
23:45 İsrail - Estoniya 2:1
23:45 Uels - Qazaxıstan 3:1