Luka Modriç Fransa və Xorvatiya yığmaları arasında keçirilən matçda Kilyan Mbappe ilə yaşadığı epizod barədə danışıb
Offsideplus.az xəbər verir ki, Xorvatiya millisinin və Madrid "Real"ının yarımmüdafiəçisi və kapitanı Luka Modriç Millətlər Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində Fransa yığmasına qarşı keçirilən matçda (0:2) baş verən epizodu şərh edib. Oyunun gedişində Fransa millisinin və "Real"ın hücumçusu Kilyan Mbappe Modriçin ondan topu alıb irəliləməsindən sonra cərimə meydançasında yerə yıxılaraq penalti tələb etmişdi. Bu isə Xorvatiya millisinin kapitanının xoşuna gəlməyib və o, fransız futbolçuya narazılığını bildirib. O, həmin epizodla bağlı bunları deyib:
"Bu, sadəcə oyun epizodu idi, bir-birimizə zarafatlar edirdik, heç bir xüsusi hadisə baş vermədi".
Milli komandalar arasında cavab oyunu bu gün baş tutacaq. Görüş Fransanın "Stad de Frans" stadionunda keçiriləcək. Matçın baş hakimi ingiltərəli Maykl Oliver olacaq. Qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.
Həmin anın görüntülərini sizə təqdim edirik: