Daha bir komanda 2026-cı ildə keçiriləcək Dünya Kubokunda iştirak hüququ qazanıb. 

Offsideplus.az xəbər verir ki, Cənubi Amerika (CONMOBEL) üzrə bu gün baş tutan Boliviya - Uruqvay oyunu (0:0) hesabla yekunlaşıb. Uruqvayın xallar itirməsinin ardınca 13 oyuna 28 xal toplayan Argentina yığması adını DÇ-2026-ya yazdırıb. 

Beləliklə, Dünya Kubokuna vəsiqəni təmin edən ölkələrin sayı 7-yə çatıb (ABŞ, Meksika, Kanada (hər üçü ev sahibi), Yaponiya, Yeni Zelandiya və İran).

Qeyd edək ki, DÇ-2026 2026-cı ilin 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada baş tutacaq. Final görüşü Birləşmiş Ştatların Nyu-Cersi ştatında, "MetLife" stadionunda keçiriləcək.