Formula 1-də mövsümün 2-ci yarışı Çində baş tutub.

Offsideplus.az xəbər verir ki, "Ferrari"nin pilotları Şarl Lekler və Lyuis Hamilton yarışı müvafiq olaraq 5 və 6-cı bitiriblər. Lakin hər ikisi diskvalifikasiya edilib. Onların avtomobillərində qayda pozuntusu aşkar edilib.

Onların yerinə Lens Stroll və Pyer Qazli xal qazanıb. Esteban Okon 5-ci yerə, Kimi Antonelli isə 6-cı yerə yüksəlib.

Xatırladaq ki, yarışı "Maklaren"in pilotu Oskar Piastri qazanıb.