Bir çoxları artıq Divok Oriqinin "Milan"ın oyunçusu olduğunu unudub.

Offsideplus.az xəbər verir ki, belçikalı hücumçunun "qırmızı-qaralar"la 2026-cı ilin yayına qədər müqaviləsi var. O, hazırda komandadan ayrı məşq edir.

Onun illik 4 milyon, aylıq 300 min avro net məvacibi var.

Heç bir klubu onu transfer etmək istəmir. O da "Milan"dan ayrılmağı düşünmür.

Oriqi son olaraq ötən ilin aprelində icarə əsasında çıxış etdiyi "Nottingem Forest" formasıyla meydana çıxıb.