“Yuventus”a transferindən sonra Conatan Devidin adaptasiya prosesində ciddi problemlər yaşadığı bildirilir.

Offsideplus.az xəbər verir ki, məlumatlara görə, futbolçu getdikcə daha sakit və qapalı davranmağa başlayıb.

İddialara əsasən, Devid italyan dilini öyrənməkdə çətinlik çəkir, bu isə onun komandaya uyğunlaşmasına mənfi təsir göstərir. Bundan başqa, oyunçunun paltardəyişmə otağında komanda yoldaşları tərəfindən kənarda qaldığıartıq komanda görüşlərinə dəvət olunmadığı qeyd olunur.

Yaşanan bu problemlərin futbolçunun psixoloji durumuna və meydandakı performansına təsir edib-etmədiyi isə hələlik sual altındadır.