FİFA Şurası 2026-cı ildə keçiriləcək kişilər arasında dünya çempionatı üçün rekord məbləğdə mükafat fondu təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, turnirdə ümumilikdə 655 milyon dollar paylanacaq ki, bu da 2022-ci ildə Qətərdə keçirilən mundialla müqayisədə 50% artım deməkdir.
Qərara əsasən:
- Çempion komandaya 50 milyon dollar veriləcək (2022-də 42 mln idi)
- Finalçı 33 milyon dollar qazanacaq;
- 3-cü yer – 29 milyon dollar;
- 4-cü yer – 27 milyon dollar;
- 1/4 finalda uduzanlar – hər biri 19 milyon dollar.
Bundan əlavə:
- 1/8 final mərhələsində mübarizəni dayandıran komandalar 15 milyon dollar;
- 1/16 finalda (32-liyin mərhələsi) uduzanlar 11 milyon dollar alacaq.
- Qrup mərhələsindən çıxa bilməyən millilərə 9 milyon dollar, mundiala vəsiqə qazanan hər bir komandaya isə hazırlıq xərcləri üçün əlavə olaraq 1,5 milyon dollar ödəniləcək.



