Nigeriyalı futbolçu Ademola Lukman yayda "Atalanta"dan ayrılacaq.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı hücumçunun qərarı qətidir. O, Berqamo klubunda qalmağı düşünmür.

Lukmanın arzusu "Barselona"da çıxış etməkdir. PSJ də onunla maraqlanan klublardan biridir.

Nigeriyalı cari mövsümdə "Atalanta" forması ilə 32 oyunda 18 qol vurub və 7 məhsuldar ötürmə edib.