"Beşiktaş" milli komandalara görə yaranan fasilədən istifadə edərək yoldaşlıq qarşılaşması keçirib.

Offsideplus.az xəbər verir ki, "qara qartal" 1-ci liqa təmsilçisi "İstanbulspor"la qarşılaşıb. Matç aşağı Liqa komandasının qələbəsiylə yekunlaşıb - 3:1.

"Beşiktaş" yeganə qolunu Qabriel Paulista vurub. 

Onu da qeyd edək ki, "ağ-qaralar"ın əsas oyunçularından biri olan Rafa Silva görüşün 64-cü dəqiqəsində zədələnərək meydanı tərk edib.