Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində Monteneqro milli komandası L qrupunda ilk oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Cəbəllütariq yığmasına qarşı görüşdə monteneqrolular 3:1 hesablı qələbə qazanıb. "Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç oyuna start heyətdə çıxıblar və 90 dəqiqə mübarizə aparıblar.
Marko Yankoviç 2-ci qolda məhsuldar ötürmə müəllifi olub.
Şedevr assisti təqdim edirik: