İngiltərə milli komandasının baş məşqçisi Tomas Tuxel dünya çempionatının seçmə mərhələsində Albaniya üzərində 2:0 hesablı qələbədən sonra yetirmələrini tənqid edib.
Offsideplus.az xəbər verir ki, alman çalışdırıcı yığmada oyun nizam-intizamından şikayətlənib.
"Matçda əvvəl həyəcanlansam da, inanılmaz futbol gecəsi alındı. Buna baxmayaraq, biz nizam-intizama heç də tam riayət etmədik. Oyunçular qarşılaşmanın gedişini təkbaşına həll etməyə çalışırdılar, öz mövqelərini buraxırdılar. Bu, bizim oyunun sürətini aşağı salırdı və rəqibin əks-hücumunun qarşısını almağa maneçilik törədirdi", - deyə Tuxel bildirib.
Qeyd edək ki, bu, Tuxelin İngiltərə yığmasında debüt oyunu olub.
BU DA MARAQLIDIR: