İngiltərənin "Tottenhem" klubu baş məşqçisi Angelos Postekoğlu ilə yolları ayırmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi Avropa Liqasını qazansa belə, avstriyalı mütəxəssislə yola davam edilməyəcək. Bu barədə "Give Me Sport" portalı məlumat yayıb.
Postekoğlu 2023-cü ilin yayından "Tottenhem"i çalışdırır. Onlar hazırda Premyer Liqada 34 xalla 14-cü yeri tuturlar. Avropa Liqasında yarımfinala yüksəlmək üçün "Ayntraxt" səddini keçməlidilər.