Zinəddin Zidan yenidən "Real"a qayıda bilər.

Offsideplus.az xəbər verir ki, Karlo Ançelotti komandadan ayrılsa, onun yerinə keçməyə əsas namizəd fransalı mütəxəssisdir.

"Kral klubu"nun rəhbərliyi Xabi Alonsonu gətirməyin erkən olduğunu düşünür. 

Zidan Madrid klubuna geri dönərsə, onun burada 3-cü dönəmi olacaq. O, baş məşqçi kimi "Real"la 3 dəfə Çempionlar Liqasını, 2 dəfə isə La Liqanı qazanıb.

Fransalı 2021-ci ildən bəri heç bir yerdə çalışmayıb.