Bu gün İspaniya qadınlar liqasında 23-cü turun mərkəzi oyunu baş tutacaq.

Offsideplus.az xəbər verir ki, “Barselona” öz meydanında “Real Madrid”i qəbul edəcək.

Matç Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Hazırda “Barselona” 63 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb, “Real Madrid” isə 56 xalla ikinci pillədədir. Bu oyunun nəticəsi çempionluq mübarizəsinə birbaşa təsir göstərə bilər.

Xatırladaq ki, “Barselona” son illərdə İspaniyada qadın futboluna dominantlıq edir və bu mövsüm də məğlubiyyətsiz irəliləyir. “Real Madrid” isə çempionluq şansını qorumaq üçün mütləq qələbə qazanmağa çalışacaq.