Bu gün Millətlər Liqasının 1/4 final mərhələsində cavab qarşılaşmaları keçirilib.

Offsideplus.az xəbər verir ki, Fransa və Xorvatiya arasında baş tutan matç azərbaycanlı futbol həvəskarlarının böyük maraq dairəsində olub.

Bu cütün qalibi Ukrayna, İslandiya və Azərbaycan yığmasının yer aldığı DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun 4-cü komandası olacaqdı.

Fransa yığması əsas və əlavə vaxtda 2:0 hesablı qələbə qazanıb. Cütün taleyini penaltilər seriyası müəyyənləşdirib. "Lotereya"dan daha yaxşı yararlanan fransızlar Millətlər Liqasının yarımfinalına yüksəliblər. Bu isə o deməkdir ki, dünya futbolunun ulduzu Kilian Mbappenin kapitanı olduğu kollektiv bu ilin payızında Bakıya gələcək.

Fransadan başqa Millətlər Liqasının yarımfinalına İspaniya, Almaniya və Portuqaliya yığmaları yüksəliblər.

Millətlər Liqası, 1/4 final, cavab görüşləri 

23 mart

23:45 Fransa - Xorvatiya 2:0  (əsas vaxt 2:0; əlavə vaxt 0:0, penaltilərlə 5:4) (ilk oyun - 0:2)

Mikael Olise, 52; Usman Dembele, 80

23:45 Almaniya - İtaliya 3:3 (ilk oyun - 2:1)

Coşua Kimmix, 30 (pen.); Camal Musaila, 36; Tim Kleyndenst, 45 - Moyse Kin, 49; 69; Ciakomo Raspadori. 90+5 (pen.)

23:45 İspaniya - Niderland 3:3 (əsas vaxt 2:2; əlavə vaxt 1:1; pen. 5:4) (ilk oyun - 2:2)

Mikel Oyarsabal, 6 (pen.); 67; Lamin Yamal , 103 - Memfis Depay, 54 (pen.); Yan Maatsen, 79; Xavi Simons, 109 (pen.)

23:45 Portuqaliya - Danimarka 5:2 (ilk oyun - 0:1)

Yoahim Andersen, 38 (avtoqol); Kriştianu Ronaldo, 72; Trinçao, 86; 91; Qonsalo Ramos, 115 - Rasmus Kristensen,  56; Kristian Eriksen, 76

Kriştiano Ronaldu 6-cı dəqiqədə penaltini qaçırıb