"Barselona" sabah gecə La Liqanın 27-ci turundan təxirə salınan oyununda "Osasuna"nı qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, katalon klubun baş məşqçi Hansi Flik Rafinya və Ronald Arauxonun bu matçda iştirak etməyəcəyini açıqlayıb. Hər iki oyunçu uzun səyahətdən gələcəkləri üçün bu qarşılaşmada forma geyinə bilməyəcəklər.
Xatırladaq ki, "Barselona"nın həkimi Karles Minarro vəfat etdiyi üçün martın 8-i keçirilməli olan oyun təxirə salınmışdı.