İspaniya La Ligasında son 3 ayda transfer dəyəri ən çox qalxan futbolçular müəyyənləşiblər.
Offsideplus.az xəbər veriir ki, siyahıya Madrid "Real"ının üzvü Raul Asensio başçılıq edir.
Əgər 22 yaşlı müdafiəçinin transfer hüquqları 2024-cü ilin sonlarında 7,5 milyon avro dəyərində idisə, indi bu rəqəm 30 milyon avroya yüksəlib.
La Ligada son 3 ayda transfer dəyəri ən çox bahalaşan futbolçular (qiymətlər avro ilə göstərilib):
1. Raul Asensio, "Real Madrid" - 30 milyon (+22,5 milyon)
2. Pedri Qonsales, "Barselona" - 120 milyon (+20 milyon)
3. Culiano Simeone, "Atletiko Madrid" - 25 milyon (+13 milyon)
4. Kilian Mbappe, "Real Madrid" - 170 milyon (+10 milyon)
5. Xuliano Alvares, "Atletiko Madrid" - 90 milyon (+10 milyon)
6. Alexandro Balde, "Barselona" - 60 milyon (+10 milyon)
7. Oyhan Sanset, "Atletik Bilbao" - 60 milyon (+10 milyon)
8. Brahim Dias, "Real Madrid" - 45 milyon (+10 milyon)
9. Mikel Xaureqizar, "Atletik Bilbao" - 20 milyon (+10 milyon)
10. Xoan Qarsiya, "Espanyol" - 20 milyon (+10 milyon)
BU DA MARAQLIDIR:
Santuşun utancverici statistikası - ƏSƏBLƏRİ ZƏİF OLANLAR BAXMASINLAR