2024-cü il iyunun 12-dən etibarən Azərbaycan futbol yığmasına rəhbərlik edən 70 yaşlı Fernandu Santuş bu müddət ərzində yeni vəzifəsində 7 oyun keçirib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ölkəmizdə məşqçilik karyerasının ən uğursuz dövrünü yaşayır.

Onun yetirmələri 7 matçın 6-da uduzublar, son 3 qarşılaşmada isə qol vurmağı bacarmayıblar. Santuşun statistik göstəriciləri ən nikbin futbol azarkeşlərini belə bədbinliyə sövq edir. Milli komandamız hər qarşılaşmada orta hesabla 3 top buraxır. Müdafiə etibarsız, hücum "dişsiz", futbolçular istəksiz, fanatlar isə ümidsizdirlər...

Fernandu Santuş Azərbaycan yığmasında

7 oyun: 0 qələbə, 1 heç-heçə, 6 məğlubiyyət

Topların fərqi: 3-22

UEFA Millətlər Liqası:

05.09.2024 Azərbaycan - İsveç 1:3

08.09.2024 Slovakiya - Azərbaycan 2:0

11.10.2024 Estoniya - Azərbaycan 3:1

14.10.2024 Azərbaycan - Slovakiya 1:3

16.11.2024 Azərbaycan - Estoniya 0:0

19.11.2024 İsveç - Azərbaycan 6:0

Beynəlxalq yoldaşlıq görüşü:

22.03.2025 Azərbaycan - Haiti 0:3