Argentina yığmasının qapıçısı Emiliano Martines bu gecə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvaya qarşı forma geyinib.

Offsideplus.az xəbər verir ki, bu, 32 yaşlı futbolçunun milli komandada 50-ci oyunu olub.

Yığmaya cəmi 4 il əvvəl cəlb olunan Martines parlaq çıxışı ilə azarkeşləri təəccübləndirməkdə davam edir. O, indiyədək keçirdiyi 50 matçın 36-da qapısının toxunulmazlığını qoruyub. Bu müddət ərzində argentinalılar cəmi 4 dəfə uduzublar. 

Maraqlıdır ki, Martines 4 ilə 4 titul qazanmağı bacarıb. İstedadlı qapıçı dünya çempionu (2022-ci il), Amerika kuboku (2021-ci və 2024-cü il) və Finalissimanın (2022-ci il, CONMEBOL və Avropa çempionu arasındakı görüş) qalibi olub.

Qeyd edək ki, argentinalı oyunçu İngiltərənin "Aston Villa" klubunun şərəfini qoruyur. 

BU DA MARAQLIDIR:

Ronaldu bir şərtlə evlənəcək