Portuqaliyalı millisi və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldunun sevgilisi Corcina Rodriges mümkün evlilik barədə danışıb.
Offsideplus.az xəbər verir ki, o, "Mən Corcinayam" realiti şousunda bu haqda danışıb: "Mənim dostlarım həmişə toy haqqında zarafat edirlər. "Toy nə vaxtdır" deyə soruşurlar. Cennifer Lopesin "Üzük" mahnısı çıxandan sonra onlar bunu mənim yanımda tez-tez oxuyurlar. Ancaq evliliklə bağlı hər şey məndən asılı deyil".
Ronaldu isə məsələyə belə münasibətini bildirib:
“Mən Corcinaya həmişə deyirəm: biz həmin o qığılcım baş verəndə evlənəcəyik. O, bilir mən nə haqda danışıram. Ola bilər ki, bu, yarımildən və ya bir ay sonra baş verəcək. Ancaq əminəm ki, toy olacaqa".
Xatırladaq ki, portuqaliyalı futbolçu 2018-ci ildə model sevgilisinə evlilik təklif etsə də, cütlük arasında rəsmi toy hələ gerçəkləşməyib.