"Mançester Yunayted" Cud Bellinqemin balaca qardaşı Coubu transfer etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" bu keçidi yayda bitirməyə çalışacaq. Bu barədə "teamTALK" portalı. məlumat yayıb.
Bellinqemlə maraqlanan klublardan biri də "Tottenhem"dir. London klubu gənc istedadı "mankunianlar"a buraxmaq istəmir.
19 yaşlı futbolçu böyük qardaşı kimi yarımmüdafiəçi mövqeyində çıxış edir. O, hazırda Çempionşipdə mübarizə aparan "Sanderlend"in formasını geyinir.
Gənc yarımmüdafiəçi cari mövsümdə 34 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.