İngiltərənin "Kristal Pelas" klubu baş məşqçisi Oliver Qlasnerlə müqavilə uzatmağı düşünür.

Offsideplus.az xəbər verir ki, "qartallar" 50 yaşlı mütəxəssisi itirmək istəmir. Bu barədə "Football Insider" portalı məlumat yayıb.

Qlasnerlə "Leyptsiq" yaxından maraqlanır. Bundesliqa klubu komandanı ona etibar etmək istəyir.

Avstriyalı çalışdırıcı ötən ilin fevralından "Kristal Pelas"da çalışdırdı. O, "Ayntraxt"la Avropa Liqasını qazanmağı da bacarıb.