Milli komandaların oyunu ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Beşiktaş" "İstanbulspor"a qarşı yoxlama oyununda qüvvəsini sınayıb.
Offsideplus.az xəbər verir ki, matçın gedişatında "ağ-qaralar"dan Rafa Silva zədələnib.
64-cü dəqiqədə sağ dizindən xəsarət alan portuqaliyalı ulduz Yusuf Can Calayır ilə əvəzlənib.
Qeyd edək ki, qarşılaşma "Beşiktaş"ın TFF 1 Liqa klubuna 1-3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Xatırladaq ki, fasilə bitdikdən sonra martın 29-u tarixində "qartallar" Super Liqanın XXIX turu çərçivəsində Qalatasaray" ilə üz-üzə gələcək.