Harri Keyn yenidən Premyer Liqada çıxış edə bilər.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçu "dumanlı albion"a qayıtmağı ciddi şəkildə düşünür. "Liverpul" onu komandaya cəlb etmək istəyir. Bu barədə "El Nacional" portalı məlumat yayıb.
Keyn 2023-cü ilin yayında "Tottenhem"dən ayrılıb "Bavariya"ya qoşulmuşdu. O, Münhen klubunun heyətində 82 oyunda 76 qol vurub.