"Oyunçularım çox yoruldular.

Hava da isti idi. Uzun müddət Səudiyyə Ərəbistanı millisinin müdafiə xəttini yara bilmədik. Bunun üçün üsullar axtarmaq lazım idi. Məhz bu səbəbdən əvəzetmələr etdik. Çünki 1 qol həmişə qələbə üçün bəs etmir. Amma yenə də qalib gəldik və qrupdan çıxdıq. Rusiya ilə matçda oyunumuzu daha yaxşılaşdırmağa çalışacağıq ".

Offsideplus.az xəbər verir ki, bu sözləri Uruqvay millisinin baş məqçisi Oskar Tabares DÇ-2018-in qrup mərhələsində Səudiyyə Ərəbistanına 1:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəldikləri oyundan sonra deyib.

O, qarşılaşacaqları hər rəqibin güclü olacağını vurğulayıb:

"Çox güclüyük, amma arxayınlaşmamalı və özümüzü əsas favoritlər arasıda görməməliyik. Bu dünya çempionatında düşündüyümüzdən də çox sürpriz olacaq".