Dünya Çempionatına təxmini 6 ay qalmışdan, turnirin sonuna qədər müxtəlif mövzularda analizlər və müzakirələr olur.
Zədəlilər, ulduz oyunçular, milli komandaya çağırılan və çağırılmayan futbolçular və s.
Bu gündən etibarən, biz silsilə şəkildə Dünya Çempionatında iştirak edəcək gənc və hələ perspektivini tam şəkildə göstərə bilməyən oyunçular haqqında məlumatlar verəcəyik.
İlk oyunçumuz bir neçə dəqiqədən sonra oyuna çıxacaq və onun adı Rodriqo Bentankurdur.
Rodriqo Bentankur — “Boca Juniors” yetirməsi olan 1997-ci il təvəllüdlü futbolcu Yuventusun un heyətinə düşməkdə çətinlik çəksə də Massimiliano Alleqri ona 27 matçda şans verib ve hələ Dünya Çempionatı başlamamış dəyərini 15 milyon avroya qaldırmağı bacarıb. Nəticəyə çox da təsir edə bilməyən oyuncu əsasən 6 nömrə mövqeyində (dayaq yarımmüdafiəçisi) oynayır və sadə oyunu ilə seçilir. Milli komanda karyerası Uruquvayın U-20 millisi ilə başlayan Bentankur komandası ilə 14 matçda 1 qol vurub. Zədəyə də çox meyilli olmayan oyunçunu son olaraq 2015-2016 sezonunda dizindən problem yaşayıb və bu zədə 25 gün onu oynamaga imkan verməyib.
Karyerasında Uruqvayın U-20 milli komandası ilə Cənubi Amerika kuboku, Boka Xuniors ilə Argentina çempionluğu, Yuventus ilə Seriya A çempionluğu və İtaliya Kuboku qalibi kimi uğurları vardır.
Potensialını hələ tam şəkildə göstərə bilməyən oyunçu Oskar Tabarezin güvəndiyi oyunçulardan biridir. 187 sm boyu ilə hava toplarında rəqiblərinə üstünlük quran Bentankurun oyun stili Serxio Busketsə bənzədilir. Nəzərə alsaq ki, Bentankurun 20 yaşı var və o bu yaşda Dünya Çempionatında iştirak edəcək, gələcək sezonlarda onu Yuventusun və ya başqa avropa nəhənglərində görə bilərik. Bu Dünya Çempionatı onun üçün Yuventusun heyətində möhkəmlənmək üçün əla şansdır. Nəzərə alsaq ki, mövqeyinə Emre Can transfer olunub, onun üçün bu Dünya Çempionatı əvəzolunmaz bir fürsətdir.
Rüstəm RÜSTƏMLİ