Zinədin Zidan Səudiyyə Ərəbistanı klubu "Əl-Nəsr"i çalışdırmaq təklifi alıb. 

Offsideplus.az "Foot Mercato"ya istinadən xəbər verir ki, ərəblər "Real Madrid"dən sonra baş məşqçiliyə fasilə verən Zinədin Zidana 2 illik müqavilə təklifi göndərib. Fransız mütəxəssis 150 milyon avro maaş nəzərdə tutulan təklifi geri çevirib. 

Qeyd edək ki, Zidanın Fransa milli komandasına rəhbərlik etmək istədiyi bildirilir. Dünya Kubokundan sonra Didye Deşamla yolların ayrılacağı gözlənilsə də, Fransa Futbol Federasiyası baş məşqçi ilə yeni müqavilə bağlayıb.