Ukrayna Premyer Liqasında 21-ci turun oyunları baş tutub.

Offsideplus.az  xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin çıxış etdiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Metalist” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0.

Mustafayev də bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Aleksandriya” hazırda 33 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.