Belçika yığmasının və Madrid "Real"ının qapıçısı Tibo Kurtua milli komandadan ayrılıb.

Offsideplus.az xəbər verir ki, əzələsində problem aşkarlanan qapıçı martın 28-də Almaniya ilə keçiriləcək yoxlama oyununda iştirak etməyəcək. O, “Real”ın düşərgəsinə qayıdıb.

Kurtua Avro-2024-ün seçmə mərhələsinin ilk turunda İsveçlə qarşılaşmada (3:0) zədələnib.

Xatırladaq ki, Belçika millisi Azərbaycan yığması ilə birlikdə F qrupunda mübarizə aparır.