"Sumqayıt" ABL-nin pley-in mərhələsində "Sərhədçi"yə uduzaraq, mübarizəni dayandırıb.
Offsideplus.az xəbər verir ki, sumqayıtlıların baş məşqçisi Vadim Kuramşın oyunu şərh edib, uğursuzluğun səbəbini açıqlayıb:
"Təəssüf ki, pley-off mərhələsinə yüksələ bilmədik. Çox üzücü məğlubiyyət oldu. Oyunun sonlarında yersiz top itkilərinə yol verdik. Amma ən böyük səhvləri hakimlər etdi. Belə vacib oyunda son saniyələrdə folu görmədilər. Oyun overtayma getməli idi. Orada hər şeyə aydınlıq gələcəkdi. İstənilən halda komandama əla mübarizəyə görə təşəkkür edirəm. Digər komandalarla müqayisədə limit probleminə görə xeyli çətinliklərlə üzləşdik. Mövsümü bizimlə bir yerdə bitirən 4 legionerimiz sona qədər qəhrəmancasına mübarizə apardı. Hər oyun istirahətsiz və zədələrlə 40 dəqiqə oynadılar. Yaxşı statistika ilə də yadda qaldılar. Komandam bu mövsüm parlaq və baxımlı basketbol oynayan kollektiv kimi yadda qalacaq. Çox yaxşı mübarizə apardıq. Mənə mövsümün gedişində etimad göstərdiyinə görə rəhbərliyə də təşəkkür edirəm. Əlimdən gələni etdim ki, komandam gözəl basketbol oynasın. Məncə, bunu bacardıq!"