"Qarabağ"ın futbolçusu Kris Kuaku komandanı tərk edib.
Offsideplus.az xəbər verir ki, o, karyerasını Norveçdə davam etdirəcək.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi "Sarpsborq" klubuna transfer olub. O, artıq yeni klubu üçün tibbi baxışdan da keçib.
K. Kuaku 2025-ci ilin yayında "Qarabağ"a transfer olmuşdu. O, burada 19 oyunda meydanda olub.


