"Liverpul"un baş məşqçisi Arne Slot "Qalatasaray"la matçı unuda bilmir.
Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis "Tottenhem"lə oyundan əvvəl keçirilən mətbuat konfransında bunları söyləyib:
"Milos Kerkez çoxlu sayda yumşaq qayda pozuntuların və sarı kartların verildiyi bir mühitdə sarı kart ilə cəzalandı. Üstəlik, qarşılaşdığımız komanda bu vəziyyətdən istifadə etməkdə olduqca ağıllı davranırdı.
Çünki o, ikili mübarizələrdə həmişə aqressiv oynayan oyunçudur və bəzi komandalar, bəzi atmosferlərdə bir oyunçu sarı kart gördükdə, onu ikinci sarı karta məcbur edəcək bir mühit yaratmaqda çox hiyləgər davranırlar. "Yuventus"la matçda da rəqib bu yolla qırmızı kart görmüşdü; kart görənlər cinah müdafiəçiləri idi.
Kerkezin sarı kartı var idi və hakim "Qalatasaray"ın xeyrinə həddindən artıq çox foul verirdi".


