Azərbaycan U-20 yığmasının yeni baş məşqçisi Ruy Jorje media önünə çıxacaq.

Offsideplus.az xəbər verir ki, o, martın 16-da ictimaiyyətə təqdim olunacaq.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Təqdimat mərasimi saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan U-20 yığması 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FİFA U-20 Dünya Çempionatında mübarizə aparacaq..