"Abşeron" Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində NTD-ni mübarizədən kənarlaşdıraraq, adını 1/4 finala yazdırıb. 

Offsideplus.az xəbər verir ki, komandanı baş məşqçisi Erhan Tokerin qələbəni belə şərh edib:

"Komandam oyuna yaxşı köklənmişdi. Gözəl oyun nümayiş etdirdilər. Həm müdafiə, həm də hücumda yaxşı təsir bağışladıq. Gedişatda bəzi çatışmazlıqlar oldu, amma dediyim kimi konsentrasiyanı itirmədik. 3-cü periodun əvvəlində 10 xallıq fərq yaratmışdıq. Daha sonra rəqib bizə çatmağa çalışdı və fərqi azaltdı. Sonradan toparlanıb yenidən fərq yaratdıq və o nöqtədə oyun qırıldı. Komandanı təbrik edirəm. Rəqibimizi də gözəl oyunlara görə təşəkkür edirəm. Bizim üçün gözəl nəticə oldu 1/4-ə yüksəlmək. Orada da əlimizdən gələnin ən yaxşısını etməyə çalışacayıq. Hər artıq keçirdiyimiz oyun bizi yüksək yerlərə daşıdığı qədər, oyunçularımızın oyun praktikasına da çox yaxşı təsir edir. Xüsusilə yerli gənc oyunçularımızın. Bir daha komandamı təbrik edirəm. Bu oyundan sonra çox qısa istirahət və yola davam edəcəyik".