Azərbaycan Kubokunun yarımfinalı üzrə cavab matçı çərçivəsində “Sabah” - “Neftçi” oyunundan əvvəl müsabiqə keçiriləcək.
Offsideplus.az xəbər verir ki, bu barədə "bayquşlar"ın sosial şəbəkə hesabında paylaşım edilib. Müsabiqədə iştirak etmək üçün oyuna bilet almaqla yanaşı, mütləq həmin biletlə stadiona daxil olmaq lazımdır. Stadiona daxil olduqdan sonra tamaşaçılar artıq iştirakçı olur. Qaliblər oyunun fasiləsində elan olunacaq!
Ətraflı buradan məlumat əldə edə bilərsiniz.
Qeyd edək ki, ilk qarşılaşmada "Sabah"ın 2:1 hesabı ilə qalib gəldiyi cavab oyunu aprelin 23-ü saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.