"Zirə"nin kapitanı Qismət Alıyev Bakı təmsilçisinin heyətində 200-cü oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la keçirilən cavab görüşünə (2:0) təsadüf edib.
2020/21 mövsümündən burada çıxış edən və klubun oyun sayında rekordçusu olan Alıyev, ümumilikdə 15 qol vurub.
O, Premyer Liqada 166, ölkə kubokunda 22, avrokuboklarda isə 12 matçda iştirak edib. Futbolçu çempionatda 13, beynəlxalq arenalarda isə 2 dəfə fərqlənib.
Qeyd edək ki, Qismət Alıyevin "Zirə"dəki debütü də 2020-ci il oktyabrın 18-də məhz Sumqayıt təmsilçisi ilə səfər oyununa (1:2) təsadüf etmişdi.


