Ştuttqartda qadınlarda arasında tennis turniri davam edir.
Offsideplus.az xəbər verir ki, turnirin 1/16 final mərhələsi iki bacını - Mirra və Erika Andreyevaları üz-üzə gətirib. İlk set Mirranın üstünlüyü ilə başa çatıb - 6:2.
İkinci setdə isə Erika zədəsinə görə görüşə davam edə bilməyib. Beləliklə də, matç balaca bacının qələbəsi ilə başa çatıb.
Mirra növbəti mərhələdə Yekatarina Aleksandrova ilə qarşılaşacaq.