Bu gün futbol üzrə II Liqada XXI tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, son oyun günündə daha 3 qarşılaşma baş tutub.
21 turdan sonra "Şahdağ Qusar" 61 xalla liderliyini davam etdirir, qusarlıların ən yaxın izləyicisi "Şəfa"nın 58 xalı var. "Şimal" 46 xalla üçüncüdür.
Qeyd edək ki, növbəti turun qarşılaşmaları 22 aprel tarixindən start götürəcək.
16 aprel
II Liqa, XXI tur
"Füzuli" - "Ağdaş" 3:2
"Araz Saatlı" - "Şimal" 1:4
"Şəmkir" - "Kür Araz" 6:0