Tarixdə ilk dəfə Astarada təşkil olunan 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatında ikinci gün arxada qalıb.
Offsideplus.az xəbər verir ki, Astara Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyində sərbəst güləş növündə mübarizə yekunlaşıb.
Bu gün 48, 55, 65, 80 və 110 kq-da qaliblər məlum olub.
Qarşıdakı iki gündə yunan-Roma güləşçiləri bacarıqlarını göstərəcəklər.
Aprelin 19-da isə 15 və 17 yaşlı qızlar arasında ən güclülər müəyyənləşəcək.
48 kq
1. Rəvan Həsənzadə (Abşeron)
2. Müstəcəb Məmmədov (“Neftçi”, ROİL)
3. Abbas Şəfiyev (Lənkəran), Əliağa Süleymanov (Gəncə-Təhsil1, “Neftçi”)
55 kq
1. Ruslan Əlizadə (Lənkəran)
2. Bünyamin Şükürov (Gəncə, Təhsil-1)
3. Musa Paşayev (FHN), Vahid Məmmədov (Gəncə, Təhsil-1)
65 kq
1. Tunar Nəsibov (Gəncə, Təhsil-1)
2. Məhəmməd Hüseynli (UGİM-5)
3. Nurlan Məmmədov (ROİL), Tunar Quliyev (Gəncə, “Neftçi”)
80 kq
1. Əli Hacıyev (AİJA)
2. Rusif İspərov (Lənkəran, AHİTA)
3. Nihad Süleymanlı (Neftçi), Şahin Qurbanlı (AHİTA)
110 kq
1. Hakim Tağıyev (“Neftçi”, ROİL)
2. Turab Muradzadə (Neftçi)
3. Tunar Süleymanzadə (AHİTA), Bəybala Məmmədov (Masallı)