Madridin "Real" klubunda çoxdan gözlənilən ayrılıq baş tutacaq.
Offsideplus.az xəbər verir ki, heyətin əsas üzvlərindən biri Lukas Vaskes komandanı tərk edir.
Onun "Arsenal"la oyundan sonra vida mesajı verməsi diqqət çəkib: "Real Madrid" hər zaman qayıdır. Hər şey üçün çox sağ olun".
2015-ci ildən "Real' formasını geyinən ispan futbolçunun klubla sözləşməsinin müddəti 2025-ci ilin iyununda başa çatacaq.
Qeyd edək ki, "Kral klubu" Çempionlar Liqasının 1/4 finalında "Arsenal"a uduzaraq (0:3, 1:2) mübarizəni dayandırıb.



