“Sərhədçi”nin baş məşqçisi Evren Alkaya ABL-də "Sumqayıt"ı məğlub etdikləri pley-in oyununu şərh edib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis 96:94 hesablı qələbə ilə yekunlaşan matç barədə danışıb 

“Çox çətin matç oldu. Bu cür pley-in oyunlarında favorit olmaz. Kim daha çox istəyirsə, kim daha yaxşı hazırlaşırsa, yaxşı müdafiə olunurda, oyunçuların səviyyəsinə baxmadan o qazanır. “Sumqayıt”ı təbrik edirəm, layiqli mübarizə apara bildilər. Müntəzəm mövsümün ikinci dönəmində necə çətin komanda olduqlarını göstərmişdilər. Birinci oyunda yaxşı hesabla qalib gəlmişdik və bunun nəticəsi olaraq öz meydanımızdakı qarşılaşmaya rahat çıxdıq. Üçüncü - həlledici oyunun əhəmiyyətini bilirdik və oyunçularım tam hazır idi. Hər iki oyunu səfərdə udmağımız bizim motivasiyamızı göstərir. Yaxşı müdafiə olunmağa çalışdıq. Buna baxmayaraq rəqib yenə 90 xalı keçdi. Amma biz yalnız bu cür oyunla qazana bilərdik. Komandamız layiqli qələbə qazandı. Bu gün oyunçularım qalibiyyəti haqq etdi. Hər kəs bilir ki, bu cür oyunlarda son 2-3 dəqiqədə oynayan komanda qalibiyyət əldə edir. Bundan sonra da komandamızı yuxarı yerlərə daşımağa çalışacağıq. Hər kəs bilsin ki, “Sərhədçi” yaxşı təşkilatlanmış komandadır. Bir-birimizə bağlı olan kollektivik. Bunu da göstərməyə çalışacağıq. “Sumqayıt”a da növbəti mövsümdə uğurlar arzu edirəm”.