Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş istefaya göndəriləcək.
Offsideplus.az xarici mediaya istinadla xəbər verir ki, Portuqaliya Futbol Federasiyası 68 yaşlı mütəxəssisin tərk edəcəyi posta yeni namizəd axtarır.
Qeyd edək ki, 2014-cü ildən yığmanı çalışdıran Santuşun sözləşməsi 2024-cü ilədək nəzərdə tutulub. O, 2016-cı ildə Portuqaliyanı Avropa çempionu edib. Portuqaliya yığması DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeş seçməsinə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.