Almaniya yığmasının sabiq hücumçusu Miroslav Kloze Avstriyanın "Altax" klubunun baş məşqçisi təyin edilib.

Offsideplus.az xəbər verir ki, o, bazar günü Avstriya təmsilçisi ilə müqavilə imzalayacaq.

44 yaşlı mütəxəssis daha əvvəl Almaniya millisinin və "Bavariya"nın məşqçilər korpusunda çalışıb, həmçinin "Bavariya U17" komandasının baş məşqçisi olub.