Türkiyə kubokunda ilk finalçı bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu "Kayserispor"dur. Komanda yarımfinalın cavab oyununda "Trabzonspor"la qarşılaşıb. İlk görüşdə 0:1 hesabı ilə uduzan "Kayserispor" 2-ci matçda 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, "Kayserispor" həlledici oyunda "Sivasspor" - "Alanyaspor" cütlüyünün qalibi ilə qarşılaşacaq.