PSJ-nin futbolçusu Corcinyo Viynaldum karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, 31 yaşlı niderlandlı oyunçuyla "Arsenal" yaxından maraqlanır.

Yarımmüdafiəçi daha əvvəl Premyer Liqada "Nyukasl" və "Liverpul"da çıxış edib.

Qeyd edək ki, Viynaldum bu ilin yayında azad agent kimi Paris təmsilçisinə keçib.