Futbol üzrə Türkiyə yığmasının yeni baş məşqçisi rəsmiləşmək üzrədir.
Offsideplus.az "Sabah Spor"a istinadən xəbər verir ki, "Ay-ulduzlular"ı Okan Buruk çalışdıracaq. Türkiyə Futnol Federasiyasının (TFF) onunla razılığa gəldiyi bildirilib.
Qeyd edək ki, 47 yaşlı mütəxəssis son olaraq "Başakşəhər"i çalışdırıb.
Xatırladaq ki, TFF bu gün baş məşqçisi Şenol Güneşi istefaya göndərib.