Lui van Qal məşqçi karyerasını bərpa edə bilər.

Offsideplus.az xəbər verir ki, 69 yaşlı mütəxəssis Niderland milli komandasına baş məşqçi təyin oluna bilər.

Niderland Futbol Assosiasiyasının rəsmiləri van Qalı yığmanın bu postuna gətirmək niyyətindədir.

Qeyd edək ki, Van Qal daha əvvəl - 2000-2001 və 2012-2014-cü illərdə Niderland yığmasını çalışdırıb.