Andres İnyesta Yaponiyanın "Vissel Kobe" klubu ilə müqaviləsinin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, bu barədə 37 yaşlı yarımmüdafəçi özü açıqlayıb. İspaniyalı futbolçu 2023-cü ilədək Yaponiya təmsilçisində forma geyinəcək.

Qeyd edək ki, İnyesta, 2018-ci ildə "Barselona"da 22 il keçirəndən sonra ayrılmış, "Vissel Kobe" klubu ilə anlaşmışdı.